Xədicə İsmayılın işindən apellyasiya şikayətibackend

Xədicə İsmayılın işindən apellyasiya şikayəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

X. İsmayılın vəkili Fariz Namazlının APA-ya verdiyi məlumata görə, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Yaxın günlərdə şikayət əsasında məhkəmə prosesi keçiriləcək.

Qeyd edək ki, Elman Həsənov (Türkoğlu) X. İsmayılovanın “facebook” sosial şəbəkəsində onun şərəf və ləyaqətini alçaltdığını və böhtan xarakterli məlumat yaymasını əsas gətirərək, Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Binəqədi Rayon Məhkəməsi isə X. İsmayılovanın 2500 manat cərimələnməsi barədə qərar çıxarıb.

X. İsmayılova ötən il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və digər maddələrə əsasən ittiham edilir.

İnterpress.az