Qarabağa icazəsiz səfər edən jurnalistlər “qara siyahı”ya salınacaqbackend

Qarabağa icazəsiz səfər edən jurnalistlər “qara siyahı”ya salınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

H. Hacıyev bildirib ki, Ermənistan mətbuatında qanunsuz səfərdə iştirak edən jurnalistlər arasında Rumıniyanın “Adevarul” qəzetinin jurnalisti Yelena Dumitru, Rusiyanın “Arqumentı i faktı” qəzetinin jurnalisti Aleksandr Kolesniçenko, “Çexiya radiosu”nun aparıcısı Monika Xorsakovanın adları çəkilir: “Qanunsuz səfərdə daha kimlərin iştirak etdiyi araşdırılacaq və onların adları “qara siyahı”ya salınacaq. Hal-hazırda bizdə olan məlumata görə, onların sırasında Argentina vətəndaşları da olub. Qeyd olunan mediaforum İrəvanda keçirilsə də, Ermənistan yenə də ənənələrinə sadiq qalaraq, müxtəlif vasitələr və yollarla bəzi şəxslərin işğal olunmuş ərazilərə səfərini təşkil edib. Azərbaycan Respublikasının razılığı olmadan işğal olunmuş ərazilərə qanunsuz səfərlər Azərbaycanın \”Dövlət sərhədi haqqında\” qanununun pozulması deməkdir. Eləcə də bu kimi qanunsuz səfərdə iştirak edən şəxslər Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş işğal, təcavüz, qanlı etnik təmizləmə əməllərinin təşviqinə xidmət edirlər. Onların bu cür hərəkəti işğal olunmuş ərazilərdən didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün fundamental hüquqlarına da hörmətsizlikdir. Bu şəxslər onu da başa düşməlidirlər ki, Azərbaycanın işğal edilmiş əraziləri insan və narkotik ticarəti, silah qaçaqmalçılığı, terrorizm və digər transmilli cinayətlər üçün münbit ərazidir. Təsadüfi deyil ki, işğal edilmiş ərazilərə səfər edən əcnəbilərə Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında yalnız çox məhdud yerlərə getməyə və ya çəkiliş aparmağa icazə verilir. Ölkənin qayda-qanunlarını pozaraq və münaqişə ərazisinə səfər edərək, yalnız birtərəfli reportaj hazırlamaq peşəkar jurnalist etikasından kənar yanaşmadır. Əksər ölkələr Xarici İşlər nazirlikləri vasitəsilə öz vətəndaşlarına bu kimi qanunsuz səfərlərdən çəkinmək barədə xəbərdarlıq ediblər”.

H. Hacıyev qeyd edib ki, peşəkar jurnalist fəaliyyəti ilə əlaqədar Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək istəyən şəxs müvafiq icazə almaq üçün Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edə bilər. Bu tip müraciətlərə müvafiq prosedur qaydası əsasında baxılır.

Xatırladaq ki, 18-23 mart tarixlərində Ermənistanda beynəlxalq mediaforum keçirilib. Forumun bəzi iştirakçılarının Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təşkil olunub.

İnterpress.az