Azərbaycanda haqsız rəqabətlə bağlı qaydalar sərtləşdirilirbackend

Azərbaycanda haqsız rəqabətlə bağlı qaydalar sərtləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəyişikliyə əsasən, Azərbaycanda haqsız rəqabətlə bağlı qaydalar sərtləşdirilir, yeni sanksiyalar tətbiq olunur.

Maddənin birinci hissəsinə edilən dəyişikliyə əsasən, artıq tək “bazar subyektlərində qanunsuz əldə olunmuş gəlir” aşkarlandıqda yox, “ümumiyyətlə, haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlir” aşkarlandıqda, iki misli həcmində maliyyə sanksiyası tətbiq ediləcək.

Bundan başqa, maddəyə yeni bənd də əlavə edilir. Yeni bəndə görə, “Bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” qanuna əsasən icra məmurları tərəfindən həyata keçirilir”.

İnterpress.az