İclas gündəliyinin əsas mövzusu Türkdilli ölkələrdə səhralaşmaya qarşı mübarizə olub.
Komissiya iclasında üzv ölkələrdən olan deputatları Türkdilli ölkələrdə mövcud olan səhralaşma məsələlərini, üzv ölkərərin mövzu ilə bağlı milli siyasətlərini müzakirə edib və bir sıra təkliflər veriblər.
Eyni zamanda, üzv ölkələrin millət vəkilləri Komissiyanın gələcək fəaliyyətinə dair iş planını müzakirə ediblər. Həmin müzakirələr zamanı komissiya üzvləri TÜRKPA çərçivəsində ətraf mühit sahəsində əməkdaşlığın prioritet yollarının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıblar.
İştirakçılar Türkdilli ölkələrdə ətraf mühit problemlərinin həlli və keyfiyyətli bir həyatın davamı üçün ölkələr arasında məsələlərə ortaq mövqenin göstərilməsi və birgə tədbirlərin həyata keçirilməsinin zəruriliyinə diqqət çəkmişlər. Nümayəndə heyətləri tərəfindən bu sahədə konkret layihələrin həyata keçirilməsi və inkişaf etdirilməsinin önəmi qeyd olunub.
İclasa Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə nümayəndə heyətləri, eləcə də Türkiyənin Ətraf Mühit və Şəhərsalma üzrə Nazirliyi, Meşə və Su İşləri Nazirliyi, Türk Dünyası Memarlar və Mühəndislər Birliyi, Türk Şurası, Türk Dünyası Bələdiyyələr Birliyi və digər əlaqədar qurumların nümayəndələri qatılıblar.
Komissiyanın hesabat məruzəsi və tövsiyə qərarı 2015-ci ilin sonunda Qazaxıstanda keçiriləcək TÜRKPA-nın Altıncı Plenar Sessiyasında qəbul edilməsi üzrə təsdiqlənib.
İnterpress.az