İnterpress.az bildirir ki, araşdırmanın nəticələri “European Psychiatry” jurnalında dərc edilib.
12,5 il ərzində həkimlər Böyük Britaniyanın xəstəxanalarında müşahidələr aparıblar. Təqdiqatlarda 24 minə yaxın alkoqolik, 233 min isə spirtli içkiyə meyli olmayan şəxs iştirak edib.
Nəticələr göstərib ki, alkoqol insan ömrünü 7,6 il azaldır. Bundan başqa mütəxəssislər alkoqoliklərdə tez-tez rastlanan 27 xəstəliyi də müəyyən ediblər. Bunların arasında ciyərlərdə və əsəb sistemində yaranan xəstəliklər xüsusi yer tutur.
Qəribə də olsa mütəxəssislər alkoqoliklərdə rastlanmayan xəstəliklərin də bəzisini müəyyən edə biliblər. Bura katarakt və ürək tutmaları daxildir.
İnterpress.az