Keniyada terror aktı ilə əlaqədar 5 nəfər həbs olunubbackend

Keniyada terror aktı ilə əlaqədar 5 nəfər həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Keniyanın DİN rəhbəri İosif Nkaisseri bildirib.

Həbslərin təfərrüatları açıqlanmır. Bildirilir ki, hücum “Əş Şabab” terror qruplaşmasının üzərilərinə partlayıcı qurğu bağlamış silahlıları tərəfindən törədilib. Onlar aprelin 2-də səhər saatlarında Somali ilə həmsərhəd Qariss şəhərindəki universitet yataqxanasına hücum ediblər.

Bundan əvvəl Keniya hakimiyyəti universitetə hücum edənlərin saxlanılmasına görə 215 min dollar mükafat vəd edib.

İnterpress.az