İnterpress.az xəbər verir ki, xüsusilə menstruasiya dövründə qadınlara qarşı qəribə davranışlar sərgilənir. Bu adət ölkənin əksər bölgələrində qədim zamanlardan bəri qorunub saxlanır.
“Chhaupadi” adı verilən bu adətə görə, menstruasiya dövründə qadınlar evdən qovularaq tövlədə heyvanlarla bərabər qalmağa vadar edilir. Onlara yemək verilmir, su mənbələrinə yaxın buraxılmır. Həmçinin heç bir dini ayini icra etmək haqları olmur.
Həmin dövrdə qadınlar “çirkli” hesab edilir və onlara qarşı münasibət dəhşətli olur. Bəzi qadınlar yaşadıqları dəhşətli vəziyyətə dözməyərərk vəfat edir.
Xüsusilə ölkənin qərbindəki əyalətlərdə bu adət uzun əsrlərdir qorunub saxlanır. Böyük şəhərlərdə isə qadınlar bu dövrdə məbədlərə buraxılmır və yemək bişirmələrinə icazə verilmir.
İnterpress.az