Milli Şura mitinq keçirir – YENİLƏNİRbackend

Milli Şura mitinq keçirir – YENİLƏNİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mitinqin aparıcısı olan AXCP fəalı Əbülfəz Qurbanlı çıxış üçün ilk sözü AXCP sədri Əli Kərimliyə verib.

Ə.Kərimli hökumətin iqtisadi siyasətinni tənqid edərək, bildirib ki, manatın ucuzlaşması fonunda bir sıra sosial problemlər daha çox qabarmağa başlayıb.

O, hökuməti israfçılıq etməməyə çağırıb. Ə.Kərimli sosial müdafiəyə ehtiyacı olan vətəndaşları da düşünməyə çağırıb.

***

Aksiyada bəzi müxalif partiyaların iştirakı da gözlənilir.

Müsavat Partiyasının isə bu mitinqdə iştirak etmək qərarının verilməsini öz üzvlərinin öhdəsinə buraxdığı bildirilir.

Onu da qeyd edək ki, Milli Şuranın bu gün keçirəcəyi mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Mitinq iştirakçıları artıq \”Məhsul\” stadionuna toplaşmağa başlayıblar.

İnterpress.az