Aprelin 3-dən 4-nə keçən gecə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından, yəni metronun “Koroğlu” stansiyasından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi şəhər istiqamətində nəqliyyatın hərəkəti üçün tam bağlanmışdı. Hazırda Heydər Əliyev prospektində hərəkət rahat şəkildə davam etdirilir. Lakin yaxın saatlarda prospektdəki yerüstü piyada keçidindən Böyük Şor yol qovşağına qədər olan ərazi bağlanacaq.
Şəhərdən Böyük Şor yol qovşağına doğru hərəkət edən nəqliyyat vasitələri piyada keçidi ərazisində köməkçi yola keçməklə hərəkəti davam etdirə bilərlər.
İnterpress.az