Reuters agentliyinin yaydığı xəbərə əsasən Pakistanın Müdafiə naziri Həvaca Məhəmməd Asif Ər-Riyadın Pakistandan hərbi gəmi, aviasiya və əsgəri güvvə istədiyini bildirib.
Pakistan Müdafiə naziri İslamabadın koalisiyaya qoşulmaq barədə Ər-Riyadın təklifinə necə münasibət bildirəcəyini açıqlamayıb.
Bu məsələ hazırda Pakistan parlamentində müzakirə olunur.
Frans Press agentliyinin məlumatına əsasən, Pakistan indiyədək Yəmən münaqişəsinin sülh yolu ilə həll olunması mövgeyindən çıxış edib.
Səüdiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri koalisiyası 2 həftəyə yaxındır kı, yəmən üsyançılarının mövgeyini havadan bombalayır.
Hər iki tərəf danışıqlara hazır olduğunu bildirərkən, yəmən hüsiləri danışıqlara başlamaq üçün əsas şərt kimi bombardmana son qoyulmasını tələb ediblər.
İnterpress.az