Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov aprelin 6-da Moskvada keçirdiyi mətbuat konfransında deyib.
Lavrov qeyd edib ki, hələ də təsadüfi atışmalar olur və son məlumatlara görə Donetsk hava limanı hələ də Ukrayna qüvvələri tərəfindən atəşə məruz qalır.
Lavrov bildirib ki, Fransa, Almaniya, Rusiya və Ukrayna fevralın 12-də Minskdə əldə olunmuş razılaşmanın şərtlərinə əməl olunması üçün vaxtaşırı nazirlər səviyyəsində görüşmək razılığına gəliblər və artıq 2 belə görüş keçirilib.
Amma Lavrov hələ də bir sıra məsələlərin həll olunmamış qaldığını deyir.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən toqquşmalarda 6 mindən çox adam ölüb.
Ukrayna və Qərb Rusiyanı separatçıları dəstəkləməkdə günahlandırır.
Moskva ittihamı rədd edir.
İnterpress.az