İnterpress.az xəbər verir ki, Türkiyənin nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, gömrük və ticarət naziri Nurəddin Canikli, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, mədəniyyət və turizm naziri Ömər Çelik və inkişaf naziri Cövdət Yılmaz daxildir.
Ərdoğan İran prezidenti Həsən Ruhani, ali dini lider Ayətullah Əli Xamneyi ilə görüşəcək.
Xatırladaq ki, səfər Ərdoğanın Yəməndəki vəziyyətlə əlaqədar İranı ittiham etməsi ilə bu ölkədə yaranan etirazlar fonunda baş tutur.
İnterpress.az