Atatürklə bağlı tarixçiləri qarşı-qarşıya qoyan iddiabackend

Atatürklə bağlı tarixçiləri qarşı-qarşıya qoyan iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məşhur tarixçilər İlber Ortaylı və Yusuf Halaçoğlu Atatürkün zəhərləndiyi iddiasını \”qeyri-ciddi\” olaraq xarakterizə ediblər. Ahmet Akgündüz isə Atatürkün zəhərlənmiş ola biləcəyini söyləyib.

Xatırladaq ki, qəzet 77 ildir yalnız yaxın çevrələrdə dilə gətirilən “Atatürk ölmədi, zəhərləndi” iddiasını bəzi yazışmalarla yenidən gündəmə gətirib. 57 yaşında həyatını itirən Atatürkün öz əcəli ilə ölmədiyi, dövrün güclü idarəçiləri və həkimləri tərəfindən zəhərləndiyi ilə bağlı iddiaları zaman-zaman dilə gətirilsə də, məhdud bir əhatə dairəsindən kənarına çıxmayıb.

“Yeni Şafak”ın yazısına tarixçilərdən İlber Ortaylı, Yusuf Halaçoğlu və Ahmet Akgündüz cavab verib.

Yusuf Halaçoğlu “Atatürkün ölümü ilə əlaqədar bir çox iddia ortaya atıldı. Ancaq bunların heç biri doğru deyil. “Yeni Şafak” qəzetinin iddiaları boşdur. Atatürk xəstə idi. Xəstəliyi nəticəsində həyatını itirdi. Zəhərlənərək öldürüldüyünə ehtimal vermirəm” deyə bildirib.

İlber Ortaylı da “Bu xəbəri tarixçi olaraq ciddi qəbul etmirəm. Ciddiyə alınmayacaq kəslərin hazırladığı xəbərlərlə məşğul olmağı da doğru hesab etmirəm. Qeyri- ciddi bir iddiadır” deyə vurğulayıb.

Əhməd Akgündüzün fikrincə isə, İsmət İnönü 1935-ci ilin sonundan etibarən Mustafa Kamalın tamamilə sıradan çıxarıb: “Çünki dövlət arxivlərində 1935-ci ilin sonlarından etibarən Atatürk yox kimidir. Prezidentə təqdim edilən heç bir sənəd yoxdur. İsmət İnönü səlahiyyətləri etibarilə Atatürkü uzaqlaşdırdığı kimi, Mustafa Kamalı yaxın yoldaşlarından, xüsusilə Kazım Karabekirdən uzaqlaşdırdı. Kazım Qarabəkirin yazılı xatirələrinə baxdığımız zaman Mustafa Kamalın həmişə sülh tərəftarı olduğu görünür. Ancaq İsmət İnönü buna icazə vermir. İsmət İnönü ancaq 10 noyabr 1938-ci ildə Mustafa Kamalın ölməsindən sonra noyabrın 11-də prezident ola bilir. İsmət İnönü ilə Mustafa Kamal arasında yaşanan ziddiyətlərə baxılsa Mustafa Kamalın zəhərləndiyi düşünülə bilər”.

İnterpress.az