Təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi ilə yanaşı, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidən qurulması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi, yerüstü piyada keçidinin rekonstruksiyası və s. işlər aparılır.
Artıq 5 km-lik hissənin 1,8 km hissəsinə asfalt-beton örtük döşənib, 1 km hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması başa çatdırılıb. Üfüqi nişanlanma zamanı termoplastik yol cizgi boyasından istifadə edilir.
İnterpress.azhttps://youtube.com/watch?v=0J4MtNVz2kI