Monoqam ailələrin sirri tapıldıbackend

Monoqam ailələrin sirri tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Avstraliyadan olan antropoloq Maykl Stoddart öz yeni kitabında bu barədə məlumat verib. Mütəxəssis “Adamın burnu və insanlığın yaranışı” kitabında bu barədə ətraflı məlumat verib.

Onun fikrincə, “homo sapiens”i başqalarına cəlb edən əsas şey qoxu olub. 20 milyon il əvvəl fərqli cinsləri bir-birində ən çox qoxu cəlb edib. Kollektiv yaşayışa keçid dövründə başqalarının qoxusuna olan reaksiya azalıb və monoqam ailələr yaranmağa başlayıb.

Sivilizasiya inkişaf etdikcə insanlarda öz qoxularına qarşı da maraq azalmağa başlayıb. Hətta öz qoxuları onlara xoş gəlməyib. İnsanlar su, daha sonralar sabun, ətir vasitəsilə bu qoxunu yox etməyə çalışıb. Ancaq insanın beynində seksual qoxulara reaksiya qalmaqda davam edib. Ancaq tədricən bu qoxunu müxtəlif ətirlər vasitəsilə yaratmağa başlayıblar.

İnterpress.az