Prezidentin kürəkəni, vəkili, sənətçisi… deputat olacaqbackend

Prezidentin kürəkəni, vəkili, sənətçisi… deputat olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusilə prezident Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafının seçkilərdə namizəd kimi iştirak edəcəyi barədə xəbərlər yayılıb. Belə ki, siyahıda prezidentin kürəkəni, vəkili, yazarı, müğənnisi, müşavirinin qohumu, koordinatorunun atası, şəxsi katibi namizədlər siyahısında yer alır.

Belə ki, Ərdoğanın kürəkəni Berat Albayrak İstanbul 1-ci bölgədən seçkilərə qatılacaq. Prezidentin müşaviri Mustafa Varankın yaxın qohumu Fatma Varank da namizədlər arasında yer alır.

Ərdoğanın baş nazirliyi dönəmində mətn yazarları qrupunda təmsil olunan Aydın Ünal da parlementə seçkilərdə iştirak edəcək. AKP-nin siyahısında vəkil Ali Özkayanın da adı var. Özkaya prezident Ərdoğanın vəkili olub. Hökumətə rəhbərlik etdiyi dönəmdə Ərdoğanın ən yaxın silahdaşlarından olan Cəmaləddin Haşiminin atası Haşim Haşimi də AKP-nin namizədləri arasındadır.

AKP-nin siyahısında yer alan şəxslərdən biri də Lütfiyə Selva Çamdır. O, hələ də TİKA başqanı olan, Ərdoğanın baş nazirliyi dönəmində parlamentdə onun özəl katibi olmuş Sərdar Çamın həyat yoldaşıdır.

Seçki zamanı AKP-nin mahnılarını hazırlayan Uğur Işılak da seçkilərə qatılacaq. İstanbul 3-cü bölgədən namizəd olacaq Əmrullah İşlər isə Ərdoğanın səfərlərində ərəb dilindən tərcüməçi kimi iştirak edib.

İnterpress.az