Namaz qılanlar, bu içkilərə diqqət!backend

Namaz qılanlar, bu içkilərə diqqət!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, başda “Coca Cola” və “Pepsi” olmaqla 16 fərqli sərinləşdirici içki laboratoriya yoxlamasından keçirilib. 19 məhsuldan 10-da az miqdarda da olsa spirtə rastlanılıb.

“Coca Cola” şirkətinin Fransadakı direktoru Maykl Pepin bunun günahını meyvələrdə görüb. Bildirib ki, həmin içkilərin hazırlandığı meyvələrin tərkibində spirt olması mümkündür.

Bu xəbərdən sonra “Coca Cola” öz internet saytında Paris məscidinin açıqlamasına yer verib. Açıqlamada adıçəkilən içkinin istehlakına icazə verildiyi qeyd olunub.

“Pepsi”nin nümayəndəsi də içkinin tərkibində az miqdarda spirtin olmasını inkar etməyib: “Ancaq “Pepsi”nin özəl formulunda spirt yoxdur”.

Laboratoriyada aparılan araşdırma nəticəsində məlum olub ki, hər litr içkidə 10 milliqram spirt olması mümkündür. Fransa qanunlarına görə, tərkibində azı 1,2 faiz spirt olan içkilər spirtli içkilər sırasına aid edilir.

Ümumiyyətlə isə, “Coca Cola Klassik”, “Coca Cola Light”, “Coca Cola Zero”, “Pepsi Klassik”, “Pepsi Max”, “Dia Kola” içkilərində az miqdarda da olsa spirt var. Bu içkilərin rəngləndirilməsi üçün istifadə edilən və xərçəng yaratdığı ehtimalı çox olduğuna görə Amerikada istifadəsinə icazə verilməyən “E 150c” və “E 150d2 kimyəvi maddəsinin Avropada istifadəsi davam edir.

Laboratoriya nəticələrinə görə, sözügedən məhsullarda daha çox istifadə edilən bir maddə də şəkərdir. Bu məhsulların hər litrində 100 qrama yaxın şəkər tapılıb. “Coca Cola”nın litrində 108 qram, “Pepsi” də isə 103 qram şəkər var. “Coca Cola”dakı kafein miqdarı “Pepsi”yə nisbətən daha azdır. Belə ki, “Coca Cola”nın hər litrində 91 milliqram, “Pepsi”də isə 101 milliqram kofein olduğu üzə çıxıb.

İnterpress.az