Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşama doğru yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarına bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 10-11-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksələcəyi və güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
İnterpress.az