İnterpress.az xarici mətbuata istinadən bildirir ki, o, digər pilotun kofesinə sidikgətirci dərman töküb. Beləliklə də onun tualetə getməsini “təmin edib”.
“The Daily Mirror” xəbər verir ki, alman təhqiqatçılar araşdırma nəticəsində bunu üzə çıxarıb. Məlum olub ki, qəza yaradan pilot uçuşdan bir müddət əvvəl internetdə sidikgətirici dərmanlarla bağlı məlumatlara baxıb.
Daha sonra o, bu dərmanı əldə edib və pilot həmkarının kofesinə töküb. Bunun da nəticəsində digər pilot Patrik Zonderhaymer tualetə getmək məcburiyyətində qalıb. Tualetin qapısını bağlayan Andreas təyyarəni dağlara çırpıb.
Qeyd edək ki, Barselonadan Düseldorfa uçan təyyarə martın 24-də Alp dağlarında qəzaya uğrayıb. Təyyarənin bortunda 150 nəfər olub və onların hamısı ölüb.
İnterpress.az