İnterpress.az xəbər verir ki, aksiyaçılar hərbi qulluqçuların ölümü ilə bağlı cinayət işlərinin açılmamasından narazıdırlar.
Aksiya Prezident Administrasiyasının qarşısında başlayıb və daha sonra parlament binası qarşısında davam edib.
Aksiyaçıların nümayəndələri deputat Samvel Farmanyan ilə görüşüb. Deputat vəziyyətdən narahatlığını dilə gətirib: “Bu ağrını mən də yaşamışam. Mənim də qohumum orduda həlak olub. Sadəcə, söz verə bilərəm ki, baş prokurorun məruzəsi zamanı bu problemi qaldıracam, ancaq sizə heç kəs təsəlli verə bilməz\”.
İnterpress.az