Prezidenr Petro Poroshenkonun sözçüsü Svyatoslav Tseholko aprelin 9-da bildirib ki, təhlükəsialik xidmətinin rəhbəri Valentyn Nalyvaychenko bu barədə prezidentə məlumat verib.
Onun sözlərinə görə, müstəntiqlər Odessa limanından onlara məxsus olduğu güman edilən qumbara və xəritələr aşkar ediblər.
O həmçinin qeyd edib ki, saxlananlardan ikisi deputata sui-qəst hazırlamaqda şübhəli bilinirlər.
Ukraynanın Təhlükəsialik Xidməti ötən həftə Odessada törədilən silsilə partlayışlarla bağlı 3 şübhəlinin saxlanması barədə məlumat yaymışdı.
Ukrayna hakimiyyəti hesab edir ki, bu partlayışların arxasında Moskva və rusiyapərəst üsyançılar durur.
İnterpress.az