Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Şöbə rəisinin sözlərinə görə, hələlik dəyişiklik Oyunların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərə aid edilir: “I Avropa Oyunları zamanı sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə iyunun 12-dən 28-dək Bakı metrosunda iş vaxtı 01:00-a qədər artırılacaq. I Avropa Oyunlarının açılış və bağlanış günü isə metronun iş saatı gecə saat 02:00-a qədər uzadıla bilər. Əgər rəsmi qərar olarsa, bu vaxtın daha da uzadılması istisna edilmir”.
Xatırladaq ki, hazırda metro səhər saat 06:00-dan gecə saat 00:00-a kimi işləyir. (trend)
İnterpress.az