Dəyişiklik inzibati aktın icrası zamanı cərimənin şərti maliyyə vahidi deyil, manatla ödənilməsi ilə əlaqədardır. Əvvəlki qaydaya əsasən, cərimənin miqdarı şərti maliyyə vahidinin 3 mislindən az ola bilməzdi. Fiziki şəxslər şərti maliyyə vahidinin 40 mislindən, hüquqi şəxslər isə şərti maliyyə vahidinin 300 mislindən yuxarı miqdarda cərimə oluna bilməzdilər. Dəyişikliyə əsasən, cərimənin miqdarı 4 manatdan az ola bilməz. Fiziki şəxslər 44 manatdan, hüquqi şəxslər isə 330 manatdan yuxarı miqdarda cərimə oluna bilməzlər.
Qeyd edək ki, şərti maliyyə vahidinin 1 misli 1,10 manat təşkil edib.
İnterpress.az