Türkiyənin gündəlik oxucu sayı yarım milyondan artıq olan nüfuzlu \”İnternethaber.com\” xəbər agentliyi \”İslahatçı Gənclər\” İctimai Birliyinin sədri Fərid Şahbazlının Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı açıqlamasını dərc edib. Agentliyə açıqlamasında Fərid Şahbazlı bildirib ki, Azərbaycan yüksək səviyyəli beynəlxalq idman yarışına ev sahibliyi etməyə hazırlaşır. O qeyd edib ki, 12-28 İyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək oyunlara 49 ölkədən 20 idman növündə 6000-dən çox idmançının qatılması gözlənilir:
\”Birinci Avropa Oyunları ölkələri, xalqları bir araya gətirən möhtəşəm idman bayramı kimi tarixə düşəcək. İdmanın və Olimpiya hərəkatının dəstəklənməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu mənada Avropanın idman və mədəniyyət dünyası üçün tarixi bir hadisə olaraq qəbul edilən I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq və Avropa Olimpiya hərəkatına sadiqliyinə, idman və mədəniyyət sahəsində reallaşdırdığı fəaliyyətə və əldə edilmiş uğurlara verilən yüksək dəyərdir. Avropa Oyunları Azərbaycanın öz ənənələrini, mədəniyyətini və tarixi köklərini daha çox tanıtması üçün mühüm bir fürsətdir\”.
Fərid Şahbazlı \”internethaber.com\”a açıqlamasında qeyd edib ki, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə bu möhtəşəm idman tədbirinə hazırlıq işləri ən yüksək səviyyədə davam etdirilir \”.
Fərid Şahbazlı həmçinin vurğulayıb ki, I Avropa Oyunları zamanı bəzi beynəlxalq dairələrin Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqe heç bir nəticə verməyəcək və Azərbaycan bu beynəlxalq idman tədbirinə ən üst səviyyədə ev sahibliyi edəcək.
Açıqlama ilə bu linkdə tanış ola bilərsiniz: http://www.internethaber.com/azerbaycanda-birinci-avrupa-oyunlari-coskusu-778610h.htm
İnterpress.az