Körfəzdə sular durulmurbackend

Körfəzdə sular durulmur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirilən mətbuat konfransında general Asiri Ensarullah əməliyyatının olduğu qərargahdan çəkilən görüntüləri izlədib: “Misir təyyarələri bu hədəfə doğru hücumları reallaşdırdı. Kimin reallaşdırdığı əhəmiyyətli deyil. Əhəmiyyətli olan əməliyyatların, ortaq güc və koordinasiya ilə qəti nəticə gətirəcək şəkildə irəliləməsidir”.

Körfəzdə sular durulmur

Asiri Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyaya bağlı təyyarələrin Sadadaki Husi liderlərlə silahlıları arasındakı ünsiyyət kanallarını hədəf alması səbəbiylə “müqəddərata doğru irəlilədikləri” şərhini verib.

Husilərə qarşı bölgədə vəziyyəti dəyişdirmək üçün Xalq Komitələrini dəstəklədiklərini ifadə edən Asiri Xalq Komitələrinin xüsusilə yaşayış yerlərində çox sayda hərbi bazalar yaratdıqlarını ifadə edib.

“Husilər böyük çətinliklər içindədir”

Asiri Husi silahlıları və dəstəkçiləri tərəfindən hər hansı həmlələrin olması ehtimalını gözə alaraq quru əməliyyatları və sərhəd müdafiəsinin davam etdiyini qeyd edib: “Husilər tədarük və kömək nöqtəsində böyük çətinliklər yaşayır. Sadəcə mətbuatda qəhrəmanlıq edib, zəfər axtarışındadırlar”.

Yəmən yaxınlığındakı beynəlxalq sularda olan İran gəmilərinin “Husiləri dəstəkləmək məqsədiylə müdaxilə etməsi” ehtimalı ilə bağlı suala isə general “Bu gəmilərin beynəlxalq sularda olduqlarını bilirik. Bu, təbii bir haqdır. Ancaq Yəmən su sərhədləri və hava sahəsi məhz koalisiyanın nəzarəti altındadır. Əgər bu gəmilərdən Husi dəstələrinə silah və ya kömək gondərilərsə, koalisiya lazım olan cavabı verməkdən çəkinməyəcək” cavabını verib.

Son olaraq humanitar yardım işlərinə toxunan Asiri Qızıl Xaç Komitəsinin dünən Adenə gəmi göndərdiyini və yardımın şəhərdəki xəstəxanalara çatmasını təmin edəcəklərini qeyd edib.

Körfəzdə sular durulmur

“Bu hücum nəsillər boyu unudulmayacaq”

Bu arada Husilərin sözçüsü polkovnik Şərəf Loğman isə yeni nəsillərin əməliyyata dəstək verən ölkələrin etdiklərini unutmayacağını vurğulayıb. Gec-tez xalqın öz seçdiyi yolla mübarizə aparacağını vurğulayan Loğman “Yəməndəki bu hücum nəsillər boyunca unudulmayacaq. Husilərə aid hərbi müdafiə birlikləri, Yəmənin ovalarını, dağlarını döyüş qəbirinə çevirə bilər. Azad yaşamaqdan başqa yolu, zəlil olmağı və boyun əyməyi əsla qəbul etməyəcəyik” deyə bildirib.

Ərəb xalqlarını, xüsusilə də Səudiyyə Ərəbistanı xalqını özünütənqidə çağıran Loğman səudiyyəlilərə “Rejiminizin bütün beynəlxalq qərarları tapdalayaraq Yəməndəki qardaşlarınıza qarşı cinayət törətməsinə icazə verməyin\” deyə çağırış edib.

Körfəzdə sular durulmur

İnterpress.az