İnterpress.az xəbər verir ki, kral taxtının dördüncü sıradakı varisi olacaq körpənin cinsiyyəti hələ bilinmir. Körpənin böyük qardaşı şahzadə Corcun da doğulduğu Londondakı St. MARY\’S xəstəxanasında dünyaya gəlməsi nəzərdə tutulur.
İngilis mətbuatı vertolyot pilotu olaraq təhsil alan Cambridge Dükü Villiamın ailədəki bu əlamətdar səbəblə gələcək bir neçə həftə boyunca təhsilini Londona yaxın məsafədə davam etdirəcəyini yazıb. Körpənin anadan olmasının əvvəl cütlüyün rəsmi iqamətgahı olan Kensinqton Sarayının rəsmi Twitter ünvanından elanı gözlənilir. Doğum xəbəri daha sonra ənənəvi olaraq Buckingham Sarayının önünə asılacaq.
Daha əvvəl şahzadə Georginin doğumunda olduğu kimi ikinci körpənin cinsiyyəti və adı ilə bağlı mərc oyunlarının oynanması nəzərdə tutulur. Çox sayda mətbuat nümayəndəsi kral vəliəhdinin ilk fotoşəkilini çəkmək üçün bir neçə gün əvvəldən xəstəxananın qarşısında düşərgə qurması gözlənilir.
Xatırladaq ki, Villiam ilə Keytin ilk uşağı 22 iyul 2013-cü ildə dünyaya gəlmiş və körpəyə Corc Aleksandr Luis adı verilmişdi. Cütlük 2011-ci ildə təmtarəqlı bir mərasimlə evlənmişdi.
İnterpress.az