İnterpress.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Hesablama Mərkəzinin sertifikasiya mərkəzinin rəhbəri Arif Mailov bildirib.
Onun sözlərinə görə, yeni şəxsiyyət vəsiqəsi standardlarına cavab verir: “Ancaq ölkə sərhədlərini keçərkən yeni sənəddən istifadə ölkələr arasındakı razılaşma əsasında mümkündür”.
Nazirliyin baş mütəxəssisi Nadir Rəsulovun sözlərinə görə, layihə çərçivəsində şəxsiyyəti təsdiq edən çiplərin proqram təminatı üzrə sınaqlar başa çatıb:
“Hazırda ilk vəzifə layihədə istifadə olunan alqoritmin tanınmasıdır. Alqoritmlərin müəyyən olunması nüfuzlu dünya şirkətlərinin sertifikasiya sistemləri əsasında aparılacaq. Layihədə İsveçrənin “Trub” şirkəti ilə əməkdaşlıq edirik”.
Elnarə
İnterpress.az