Vəzifəli şəxslərin qəbulunda yenilikbackend

Vəzifəli şəxslərin qəbulunda yenilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tədbirdə media nümayəndələri və portalda aktiv fəaliyyətləri ilə seçilən bəzi dövlət qurumlarının nümayəndələri iştirak edib. Brifinqin keçirilməsində məqsəd təqdim olunan yeniliklər barədə informasiyanın kütləviləşməsi, həmçinin, görülən işlərin mətbuata birbaşa elan olunmasından ibarətdir.

Tədbiri MHM-nin direktoru Nail Mərdanov açaraq \”Elektron Hökumət\” quruculuğu sahəsində son yeniliklər və statistik rəqəmlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, artıq \”Elektron Hökumət\” portalına daxil olanların sayı 1,4 milyonu, elektron xidmətlərdən istifadə sayı isə 8,6 milyonu keçib. Portal üzərindən təqdim olunan e-xidmətlərin sayı artıq 413-dür. Portal üzərindən təqdim olan e-xidmətlərin çeşidlərində və e-xidmətlərdən istifadədə dinamik artım var. Portal üzərindən daha çox praktik əhəmiyyətli sosial xidmətlərin təqdiminə üstünlük verilir. Məruzəçi qeyd edib ki, e-arayışların istifadəçiləri durmadan artır, artıq banklar və kredit təşkilatları ilə yanaşı, lizing şirkətləri də e-arayışlardan istifadəyə start verib. Mart ayında lizing şirkətləri arasından Ansar Lizing şirkəti ilk olaraq portalla əməkdaşlığa başlayıb.

Təhsil Nazirliyi bu ay iki yeni e-arayışını portal üzərindən istifadəyə verib. Bunlar \”Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış\” və \”Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış\”lardır. Daha bir e-arayış isə hazırda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmaqdadır və tezliklə portal üzərindən vətəndaşların istifadəsinə veriləcək.

Məruzəçi qeyd edib ki, yerli icra hakimiyyəti orqanları iə əməkdaşlıq edərək vəzifəli şəxslərin qəbuluna \”Elektron hökumət” portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsinin təmin edilməsi üçün \”Vətəndaşların onlayn qəbula yazılması\” e-xidməti hazırlanıb. İlkin olaraq Biləsuvar İcra Hakimiyyəti üzrə bu xidmət mart ayından başlayaraq vətəndaşların istifadəsinə verilib. Tezliklə həmin e-xidmətin digər icra strukturlarına da tətbiqi planlaşdırılır. Bu e-xidmətdən istifadə etmək istəyən bütün qurumlara MHM lazımi dəstəyini təqdim edəcək.

Sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin nümayəndəsi Məzahim Quliyev yaradılacaq Data Mərkəz, onun sosial və iqtisadi mahiyyətindən danışıb. O, dünya səviyyəsində tanınan III Tier səviyyəli regional Data Mərkəzin ölkə üçün iqtisadi əhəmiyyətindən əhəmiyyətini vurğulayıb. “Data Mərkəz”in beynəlxalq səviyyədə əhəmiyyətini açıqlayan məruzəçi mərkəzin yerli və beynəlxalq biznes sektorların əməkdaşlığında yeni dövr açacağını bildirib. Qeyd edib ki, may-iyun aylarında test olunması nəzərdə tutulan “Data Mərkəz”in il ərzində istifadəyə veriləcəyi gözlənilir.

Daha sonra, Biləsuvar rayon İcra Hakimiyyətinin nümayəndəsi Selvin Şükürlü çıxış edərək, mart ayında vətəndaşların istifadəsinə verilmiş \”Vətəndaşların onlayn qəbula yazılması\” e-xidməti barədə məlumat verib. O, belə e-xidmətlərin hazırlanmasında MHM ilə əməkdaşlıqların hazırda davam etdiyini bildirdi və qurum tərəfindən tezliklə digər xidmətlərin də elektronlaşdırılmasının nəzərdə tutulduğunu vurğulayıb.

Elnarə KƏRİMOVA
İnterpress.az