Everestin altından tunel çəkiləcəkbackend

Everestin altından tunel çəkiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “China Daily” qəzetinə istinadən xəbər verir ki, ölkə rəhbərliyi Çini qonşu Nepal ilə birləşdirmək üçün Everest dağından tunel açaraq sürəti 540 kilometr olan dəmir yolu inşa edəcək.

2020-ci ildə tamamlanması nəzərdə tutulan xətt çinlilərin “Qomolanqma” adını verdiyi 8882 metrlik Everest dağının altından keçəcək.

Layihənin memarlarından Vanq Menqshunun sözlərinə görə, normal şərtlərdə sürəti 300 kilometrə qədər olan qatarın Everestdəki yüksəklik problemləri səbəbiylə saatda 120 kilometrdən artıq gedə bilməyəcək.

Nepalın sifarişi ilə həyata keçirildiyi deyilən layihənin Çin hissəsində işlərin artıq başladıldığı açıqlanıb.

İnterpress.az