Bunu jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.
Moskvada keçirilən \”Bakı-2015\” Avropa Oyunların təqdimat mərasimində iştirak edən Rusiya XİN başçısının müavini bildirib ki, hər iki ölkə gələcəyə baxaraq münasibətləri fəal inkişaf etdirir: \”Bizim çox böyük beynəlxalq və regional gündəmimiz var. Götürək elə Xəzər dənizi və Cənubi Qafqazı…
Biz hər yerdə bir-birimizin mövqeyini diqqətlə dinləyirik, çalışırıq ki, bir-birimizin iqtisadi inkişafına və ölkələrimizdə baş verən siyasi proseslərə kömək edək. Ən başlıcası, bütün bunların sabitlik, mehriban qonşuluq, qarşılıqlı hörmət prinsipinə əsaslanmasıdır. Fikrimcə, bu, bizdə alınır\”.
Qriqori Karasin bildirib ki, Azərbaycan və Rusiya gələcəyə əminliklə baxır: \” \”Hesab edirəm ki, \”Bakı-2015\” Avropa oyunlarının bugünkü təqdimatı bu gələcəyin hər iki xalq üçün rahat və uğurlu olacağına bir işarədir\”.
İnterpress.az