Moskvadakı Suriya danışıqları nəticəsiz bitdibackend

Moskvadakı Suriya danışıqları nəticəsiz bitdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekspertlər hesab edirlər ki, Rusiya bu danışıqları təşkil etməklə Ukrayna böhranı üzündən zədələnmiş imicini geri qaytarmağa çalışırdı.

Ancaq Suriyadakı qərb yönümlü müxalifət qüvvələri Rusiyanın niyyətinə inamsızlıq səbəbindən bu görüşə qatılmaqdan imtina edib.

Rusiya tərəfinin təmsilçisi Vitaly Naumkin deyib ki, tərəflər bir-birlərinə etibar etmədiyindən son sənədi imzalamaqdan boyun qaçırıblar.

Rusiya Suriya Prezidenti Bashar Assad hökumətini inadla dəstəkləyir.

Suriya münaqişənin başlamasından 4 il keçir, bu müddətdə isə 222 mindən çox adam ölüb, 4 milyona yaxın suriyalı qaçqın düşüb.

İnterpress.az