Bunu İranda səfərdə olan azərbaycanlı jurnalistlərə Soha Jissa bitki ekstraktları və yağları istehsalı şirkətinin rəhbəri Arəş Seyyid Salehi deyib.
A.Seyyid Salehi bildirib ki, ilk növbədə şirkət Azərbaycanda nümayəndəliyini açmağı planlaşdırır.
Zavodun fəaliyyəti barədə məlumat verən A.Seyyid Salehi deyib ki, müəssisədə 3 çeşiddə – ekstraktlar, krem və çaylar – məhsul istehsal edir.
Zavod əsasən, dərman preparatları istehsal edən digər zavodlar üçün ilkin xammal istehsal edir və hazırda zavod ekstraktların istehsalı və satışı sahəsində ölkə bazarının 70 faizini təmin edir. “Biz sifarişdən asılı olaraq bu xammalı hazırlayıb satırıq”.
A.Seyyid Salehi deyib ki, gələcəkdə, istehsal etdiyimiz məhsulları xaricə ixrac etməyi planlaşdırırıq və eyni zamanda da Azərbaycandakı dərman zavodlarına lazımi xammal ilə təmin edə bilərik.
Qeyd edək ki, İranın Qırmızı Aypara Cəmiyyətinin Bakıda 20 ildən artıqdır ki, kilinikası fəaliyyət göstərir. Hər il çoxlu sayda imkansız insanların ailələri İranın Qırmızı Aypara Cəmiyyətinin Bakıdakı kilinikasının xidmətlərindən yararlanırlar.
İnterpress.az