Azərbaycanlı “oğru” Rövşən Lənkəranskinin əleyhinə ifadə veribbackend

Azərbaycanlı “oğru” Rövşən Lənkəranskinin əleyhinə ifadə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a daxil olan məlumata görə, Rüfət Gəncinski istintaqa əvvəlki ifadəsində Rusiya mafiyasının “xaş atası” Ded Xasanın ölümündə iştirakçılardan biri olduğunu etiraf edib.

İstintaq isə onu azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin ştatlı killerlər briqadasının üzvü hesab edir. Belə ki, məlumatlara görə, 2012-ci ilin dekabrında Dubayda “taclandırılan” Rüfət Gəncinski Rövşən Lənkəranskinin tapşırılarını yerinə yetirib.

Məlumatlara görə, 2013-cü ildə həmyerlisi, Lyublinsk bazarının həmtəsisçilərindən biri İlham Əliyevi öldürməkdə və qanunsuz silah ticarəti ilə məşğul olmaqda təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilən Rüfət Gəncinski Ded Xasanın qətl işində də əsas fiqurantlardan sayılır. Məlumatara görə, ona nisbətən az cəza verilməsinə səbəb istintaqda Rövşən Lənkəranskinin əleyhinə ifadə verməsi səbəb olub.

Lakin istintaq orqanları bu barədə heç bir açıqlama verməyib.

İnterpress.az