Bundan əlavə şəhər sakinləri marixuananı özləri də yetişdirə biləcək. Lakin ictimai yerlərdə marixuana çəkilməsi və onun satışı qadağandır.
ABŞ Konqresi isə şəhər şurasının fevral ayında qəbul etdiyi bu qanunu maliyyələşdirilməsinə mane olmağa çalışır.
Marixuana toxumlarına növbələr rok konsertləri ilə müqayisə belə edilə bilməz.
47 ildir ki, marixuana çəkdiyini deyən Pat Tompson digərləri kimi bura bir məqsədlə gəlib: “Çəkməyə icazə aldıq, amma onu almaq mümkün deyil”.
Marixuananın qanuniləşdirilməsinə Adam İdingerin rəhbərlik etdiyi Kolumbiya mahalı Federal Dairəsinin narkotik proqramı təşəbbüsü yol açıb.
Kampaniyanın üzvü Ponço Popkorn deyir ki, toxumların mübadiləsinin leqallaşdırılması insanlara marixuana yetişdirmək imkanı yarada bilər: “İnsanlar narkotiki qaçaqmalçılardan almalarını istəmirlər. Onda onlara özlərinin yetişdirməsinə imkan yaradılmalıdır”.
Lidio Arais özü çəkməsə də toxumlar gətirib. Ona bu toxumları Koloradoda qonaq olarkən dostu verib. Bu ştatda marixuna almaq qanunidir: “O, Vaşinqtonda marixuananın leqallaşağına ümid etdiyini deyərək toxumları mənə verdi”.
5 il əvvəl xəstələr üçün marixuana icazəsi verilib. Ceyson Drohorn diabetlə mübarizə üçün marixuana çəkdiyini deyir. O, narkotikləri almaqdansa yetişdirməyin sərfəli olduğunu düşünür: “Problemləri həll etməsə də heç olmasa bu xroniki xəstəliklə bağlı narahtlığı götürür”.
Toxumlartın mübadiləsini aparanların çoxu üzlərinin göstərilməsini istəmir. Lorens Tomas artır bir müddətdir ki, marixuana yetişdirdiyini deyir: “Bitkilər qayğı tələb edir. Əgər qayğıkeşsinizsə, bu, çətin olmayacaq. Əks təqdirdə həm pulunuz, həm də vaxtınız hədər gedəcək”.
Narkotik siyasəti birliyinin siyasət meneceri Malik Burnetin dediyinə görə, toxum ticarəti uzun müddət idi gözlənilirdi: “Təbii ki, marixuana almaq istəyənlər üçün marketlər təsis edilməlidir. Amma hələlik əlimizdəki ilə qane oluruq”.
Bu ümidlərin Amerikanın bütün ştatlarında gerçəkləcəyi düşünülsə də federal qanunlara görə, marixuana hələ də qeyri-leqaldır.
İnterpress.az