Vatikan tərəfindən açıqlanan mesajda bildirilir: “Tanrı, erməni və türk xalqlarının yenidən anlaşmalarına yardım etsin. Dağlıq Qarabağda sülhü artırsın. Bu xalqlar keçmişdəki anlaşılmazlıq və gərginliyə baxmayaraq, uzun illər sülh şəraitində bir arada yaşayıblar”.
Mesajda yenə də bölgədə eyni sabitliyin və sülhün olması arzu edilib.
Bu gün I Fransiskin qondarma “erməni soyqırımı” ilə bağlı söylədikləri isə rəsmi Ankaranın ciddi etirazına səbəb olub.
Çıxışdan sonra Vatikanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Papanın çıxışının rəsmi Ankara tərəfindən xəyal qırıqlığı və üzüntü ilə qarşılandığı çatdırılıb.
Həmçinin Ruanda və Bosniyadakı qətliamların beynəlxalq məhkəmələrdə \”soyqırım\” kimi təsdiqlənməsinə baxmayaraq, Papanın bu hadisələri “kütləvi ölümlər\” kimi xatırladığı, heç bir beynəlxalq məhkəmə tərəfindən soyqırım kimi tanınmayan 1915-ci il hadisələrinə isə “soyqırım”deməsinin heyrətlə qarşılandığı bildirilib.
Eyni zamanda Papanın açıqlamasının Türkiyəyə son səfəri zamanı səsləndirdiyi sülh, anlaşma və dialoqla bağlı çağırışlarla uzlaşmadığı qeyd edilib.
İnterpress.az