Qubaya 10 sm qar yağıbbackend

Qubaya 10 sm qar yağıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəlcədən xəbər verildiyi kimi, aprelin 10-u gündüzdən başlayaraq aprelin 11-i, 12-si və 13-də ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, yağış, dağlıq ərazilərdə sulu qar, qar yağıb. Bəzi yerlərdə yağıntı intensiv olub. Güclü şimal-qərb küləyi əsib. Eyni zamanda, yağan yağışlarla əlaqədar respublikanın əksər çaylarında, xüsusilə Kiçik Qafqazın ərazisindən axan Gəncəçay və Kürəkçayda sululuq xeyli artıb. Hazırda yağışlardan sonra bəzi dağ çaylarında nisbətən azalma müşahidə olunmaqdadır.

Ötən günlər ərzində respublikanın bəzi dağlıq ərazilərinə də qar yağıb. Ən çox qar Qubanın dağlıq ərazilərinə yağıb və burada qar örtüyü 10 sm-ə kimi olub. Qar örtüyü Daşkəsəndə, Gədəbəydə, Göygölün dağlıq ərazilərində, Lerikdə, Kərvəzdə, Sarıbaşda da müşahidə edilib.

Bakıda və Abşeron yarımadasında da yağış yağıb, arabir güclənən şimal-qərb küləyi əsib.

Bu gün də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Aprelin 14-ü gündüzdən etibarən ölkə ərazisində yağıntının tədricən kəsiləcəyi, aprelin 15-də isə əksər rayonlarda əsasən yağmursuz olacağı gözlənilir. Havanın temperaturu da aprelin 14-dən başlayaraq tədricən yüksələcək.

Azərbaycan qeyri-sabit hava şəraiti müşahidə olunsa da temperatur iqlim normasına yaxın olub və bu, aprel ayı üçün xarakterikdir. Ayrı-ayrı illərdə də aprel ayında havanın qeyri-sabit keçməsi, qar yağması müşahidə edilib.

İnterpress.az