Bakıda Zığ şosesi, 16 ünvanında yenidənqurma işləri aparılan 9 mərtəbəli binada baş verən yanğının səbəbləri ilə bağlı ilkin ehtimallar var. Bu barədə İnterpress.az-a məlumat verən sakinlərin sözlərinə görə, yanğın yenidənqurma işlərində istifadə olunan meterilların qalıqlarının toplandığı ərazidə başlayıb.
Belə ki, yenidənqurma işləri zamanı istifadə olunan materialların qalıqları binanın aşağısında, divarın dibində toplanıb. Ancaq işçilərin səhlənkarlığı ucbatından həmin tullantılar atılmayıb. Binanın qarşısına toplanan tezalışan material olan penaplast qalıqlarına söndürülməyən siqaretin atılmasının yanğının əsas səbəbi olduğu ehtimal olunur. Videogörüntülərdə də yanğının məhz həmin tullantılardan başladığı görünür. Sakinlərin sözlərinə görə, yanğın həmin tullantı materiallarından başlayıb və qısa müddətdə bütün binanı əhatə edib.
İnterpress.az əməkdaşı xəbər verir ki, hazırda digər binaların qarşısında da həmin tullantı qalaqları var və bu təhlükənin hələ də qaldığına işarədir.
Hadisədən sonra ərazidəki digər binalarda aparılan yenidənqurma işləri dayandırılıb. Bundan sonra tez alışan panoplast materiallarının binalarda istifadəsinin qadağan edilməsi də ehtimal edilir.
İnterpress.azhttps://youtube.com/watch?v=0zCJVVQ6sGYhttps://youtube.com/watch?v=dYwiOLAlJe0