Gürcüstan yazıçısı XİN-in “qara siyahı”sından çıxarıldıbackend

Gürcüstan yazıçısı XİN-in “qara siyahı”sından çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, David Turaşvili məktubda bu səfərin təsadüfi və qərəzsiz olduğunu, heç bir halda Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmətsizlik xarakteri daşımadığını bildirib. “O, müstəsna hal kimi arzuolunmaz şəxslər siyahısına salınması barəsində qərarın ləğv edilməsini xahiş edib. David Turaşvilinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib”.

İnterpress.az