İnterpress.az Rusiya mətbuatına istinadən bildirir ki, saxlanan şəxs 1972-ci il doğumlu Ermənistan vətəndaşıdır.
“360 Подмосковье” telekanalının məlumatına görə, 2013-cü ildə onun Rusiyaya girişi 5 il müddətinə yasaq edilib. 2014-cü ilin əvvəlində onu Rusiyadan deportasiya ediblər. Ancaq buna baxmayaraq “oğru” avqust-sentyabr aylarında Rusiya sərhədini qanunsuz keçib.
Xatırladaq ki, Moskvada bu ilin aprelinə qədər 5 “qanuni oğru” saxlanılıb. Bunlar 53 yaşlı Gürcüstan vətəndaşı Taxi, 39 yaşlı Gürcüstan vətəndaşı Kaxa, İslam Ədilgereyev, Georgi Kalaşyan və Ayko Astraxanskidir.
İnterpress.az