“Papa Xocalı ilə bağlı niyə səsini çıxartmır?”backend

“Papa Xocalı ilə bağlı niyə səsini çıxartmır?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Papa Françeskonun 1915-ci il hadisələrində həyatını itirənlərin xatirəsini yad etmək üçün təşkil edilən ayində “soyqırım” kəlməsini istifadə etməsi böyük reaksiya doğurub və müzakirələrə səbəb olub. Papa çıxışında \”İnsanlıq keçmiş əsrlərdə üç böyük faciə yaşadı. Bunlardan ilki, ümumiyyətlə 20-ci əsrin ilk soyqırımı olaraq düşünülən, suriyalı katolik və ortodokslar, assurilər, süryanilər, keldanilər və yunanlılarla bərabər ilk xristian cəmiyyətlərdən olan siz ermənilərə qarşı edildi” deyib. Papanın Ruanda və Bosniyadakı qırğınlar üçün soyqırım yerinə “kütləvi cinayət” sözünü işlətməsi olduqca böyük etiraza səbəb olub.

Papanın bu sözlərini və ardından Ermənistanın “Türkiyə bu dildən anlayır” açıqlamasına Türk Tarix Qurumunun sabiq başqanı və MHP millət vəkili Yusuf Halaçoğlu cavab verib: “Bizim Papanın sözünü qəbul etməyimiz müzakirə mövzusu belə deyil. Papaya “Ermənistan haradadır?” desən, yerini bilməz. Papayamı qaldı bu iş?\”

“Dini də siyasətə alət etdilər”

Halaçoğlu Ermənistanın yanaşmasılya əlaqədar “Dini də siyasətə alət etdilər. Ermənilərin artıq söykənəcək yeri qalmadı” ifadəsini işlədib: “Ermənilərlə görüşə ehtiyac yoxdur, getsinlər məhkəməyə müraciət etsinlər. Biz bu dili çox gördük, bu dildən anlamaq kimi bir durum müzakirə mövzusu deyil. Tam əksinə, bunlar hər şeyi siyasiləşdirdikləri andan etibarən ermənilərlə əlaqədar müzakirələrə ehtiyacımız yoxdur. Getsinlər, məhkəməyə müraciət etsinlər. Bu qədər sadə. Biz xristian deyilik. Bizim Papanın sözünü qəbul etməyimiz kimi bir məsələ müzakirə mövzusu belə deyil. Papa söylədi deyə “bu iş doğrudur” demək doğru deyil. Papalar həmişə doğru söyləməyib. Bir xeyli səhv söyləyib. İkincisi, Papaya “Ermənistan haradadır?” desək, bilməz. Papayamı qaldı bu iş? Ermənilər Papaya qədər düşdülərsə, deməli artıq bu işin zibili çıxıb. Bu məsələdə dini də tamamilə siyasiləşdirdiklərini isbat etmiş oldular. Onsuz da elə idi, amma daha da dəqiqləşdi. Papa qəbul etdisə, onsuz da biz yaxşıca rədd edəcəyik. Olmayan bir şeyi necə qəbul edəcəksiniz? Papa Xocalıya niyə səs çıxarmır, Ruandaya niyə səs çıxarmır? Əsl danışması lazım olan, soyqırım olaraq qəbul edilən Ruandadan nə üçün bəhs etmir? Ermənilərin artıq söykənməyə yeri qalmadı”.

“Biz onları vecimizə almayacağıq”

Millət vəkili ermələri məhkəməyə müraciət etməyə çağırıb: “Sənədlərini oraya qoyub isbat etməlidirlər. Bizim də o zaman qarşılarına çıxaracağımız sənədlər var. Onlar onsuz da “Biz türklərlə heç bir zaman müzakirəyə girməyəcəyik, çünki uduzarıq” düşüncəsindədirlər. Çünki əllərində heç bir dəlil yoxdur. Parlamentlər qanunvericilik orqanı, Papalıq dini bir orqan olaraq hüquqdan kənara çıxıb bizə bunları qəbul etdirməyə çalışmaları əhəmiyyət daşımır. Hadisələrə bu şəkildə yanaşdıqları təqdirdə 7 iyundan sonra iqtidar dəyişən zaman biz onları heç vecimizə almayacağıq”.

İnterpress.az