İnterpress.az xəbər verir ki, Berlində yaşayan, 13 uşağı və 7 nəvəsi olan ibtidai sinif müəllimi Annegret R. dördüz körpəyə hamilədir.
Alman mətbuatında yer alan xəbərlərə görə, Annegret R. dəfələrlə Almaniyadan kənarda süni mayalanma yolu ilə hamilə qalıb.
13-cü uşağını 2005-ci ildə dünyaya gətirən qadın hazırda hamiləliyinin 21-ci həftəsindədir və hər hansı sağlamlıq problemi yoxdur.
65 yaşlı qadının doğuşu gerçəkləşərsə, uşaqlarının sayı 17- yə çatacaq və adı “dünyanın ən yaşlı dördüz dünyaya gətirən qadını” olaraq tarixə düşəcək.
Ən kiçik uşağı 9 yaşında olan Annegret R-in böyük övladı 44 yaşındadır.
İnterpress.az