Dollarla krediti olanların nəzərinə!backend

Dollarla krediti olanların nəzərinə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə qurumun palatasının növbəti iclası olub. İclasda ölkə konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna və Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb. Müraciətlərin icraata qəbul olunması haqqında qərardadlar çıxarılıb. Sorğu və müraciətlərə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il mayın 7-nə təyin edilmiş iclasında baxılacaq.

Xatırladaq ki, Mülki Məcəllənin sözügedən maddələri xarici valyutada olan öhdəliklərin yerinə yetirilməsi qaydalarını özündə əks etdirir. Məsələn, 439.7-ci bənddə bildirilir ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Yəni, başqa sözlə dollarla götürülmüş kreditlər, bankla bağlanmış müqavilədə xüsusi bənd yoxdursa, köhnə məzənnə ilə ödənilməlidir. ( fins.az )

İnterpress.az