“Moskva və Bakı gələcəyə birgə baxır…” – Rusiya XİNbackend

“Moskva və Bakı gələcəyə birgə baxır…” – Rusiya XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin 1-ci Bakı Avropa Yay Oyunları ilə bağlı Moskvada keçirilən tədbir çərçivəsində bildirib.

“Biz başa düşürük ki, ikitərəfli əhəmiyyət kəsb edən mövzularla yanaşı, bizim çox böyük beynəlxalq və regional gündəliyimiz də var. Götürək, elə Xəzər dənizi və Cənubi Qafqazla bağlı məsələləri. Və biz hər yerdə bir-birimizin mövqeyinə diqqətlə qulaq asır, bir-birimizin iqtisadi tərəqqisinə, hər iki ölkədə gedən siyasi proseslərə kömək etməyə çalışırıq. Ən əsası, bütün bunlar stabillik, mehriban qonşuluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır və mənim fikrimcə, bu bizdə alınır” – deyib rusiyalı diplomat.

“Yəni bizim iki ölkəmiz gələcəyə birgə, inamlı baxır” – əlavə edib Rusiya xarici siyasət idarəsi başçısının müavini.

İnterpress.az