Bakının Nərimanov rayonunda ümumi sahəsi 1350 kvadratmetr olan üçmərtəbəli \”TİTANİK\” hotelinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 30 kv.m olan saunanın yanar konstruksiyaları yanıb.
Yanğın zamanı hotelin yuxarı mərtəbələrindən 20 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, 10 nəfər təxliyə olunub. Hotelin qalan hissəsi və saunaya bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az