“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev İnterpress.az-a bildirib ki, təhvil-təslim prosesi yekunlaşmaq üzrədir: “Artıq \”Azərişıq\”ASC-nin idarəetmə strukturunda 7 Regional Enerji Təchizatı və Satışı İdarələri fəaliyyətə başlayıb. Qısa müddətdə Bakı, Şimal, Cənub, Aran, Mərkəzi Aran, Qərb, Şimal-Qərb regionlarında 30 -dan çox yeni komplekt transformator məntəqəsi quraşdırılıb, yeni xətlər çəkilir, elektrik dayaqları dəyişdirilir”.
“Azərenerji” və keçmiş “Bakıelektrikşəbəkə”də əməkdaşlara işdən azad edilməklə bağlı ərizə yazdırılması ilə bağlı xəbərlərə münasibət bildirən Tanrıverdi Mustafayev “Qanunla biz də ərizə ilə yenidən \”Azərişıq\” ASC-yə işə qəbul edilməliyik. Ancaq bu proses struktur təsdiqləndikdn sonra həyata keçiriləcək” deyə bildirib.
Xatırladaq ki, prezidentin sərəncamına əsasən ölkədə enerjinin istehsalı ilə “Azərenerji”, onun paylanması ilə “Azərışıq” məşğul olacaq.
Elnarə
İnterpress.az