BMT-nin nümayəndə heyəti Azərbaycana səfər edəcəkbackend

BMT-nin nümayəndə heyəti Azərbaycana səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dörd nəfərlik heyətinə rəhbərlik edən Ayşə Şujun Muhamməd \”Biz ölkədə fəaliyyət göstərən istənilən azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz giriş üçün şəraitin yaradılacağına dair Azərbaycan hökumətindən zəmanət almışıq\”, – deyə bildirib.

Qeyd olunub ki, SPT-nin rolu məhbuslara qarşı işgəncə, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qarşısının alınması və bu kimi halların aradan qaldırılmasından ibarətdir. Eyni zamanda o, İşgəncələrə qarşı Konvensiyanın Fakültativ Protokolunun (OPCAT) tərəfləri olan bütün dövlətlərə səfər etmək mandatına malikdir. Dövlətlər insanların azadlıqdan məhrum edildiyi bütün yerlərə SPT-nin əvvəldən elan olunmamış və maneəsiz ziyarət etməsinə icazə verməyə borcludurlar. Üzv dövlətlər həmçinin OPCAT üzrə Milli Preventiv Mexanizm (MPM) kimi tanınan milli müstəqil monitorinq qurumunu da yaratmalıdırlar.

Məlumata görə, doqquz günlük missiya zamanı SPT nümayəndə heyəti azadlıqdan məhrumetmə yerlərini ziyarət edəcək, Azərbaycan rəsmiləri, MPM və digər maraqlı tərəflərlə görüşlər keçirəcək.

Səfərdən sonra SPT azadlıqdan məhrum edilmiş şəxslərə qarşı işgəncə və pis rəftarın qarşısının alınması ilə bağlı müşahidə və tövsiyələrindən ibarət məxfi hesabatını Azərbaycan hökumətinə təqdim edəcək.

Aişa Şujun Muhamməd, Miloş Yankoviç, Margret Osterfeld və Viktor Zaharia daxil olduğu nümayəndə heyətinin Azərbaycana səfəri ötən ilin sentyabr ayına nəzərdə tutulsa da, təxirə salınmışdı. ( apa )

İnterpress.az