İclasda aprelin 19-da keçirilməsi nəzərdə tutulan yürüşə hazırlıq məsələsi müzakirə ediləcək. Bunu İnterpress.az-a partiyanın Divan üzvü Razim Əmiraslanlı bildirib.
Razim Əmiraslanlının sözlərinə görə, iclasda partiyanın Bakı və işğal olunmuş rayonların təşkilatların rəhbərliyinə daxil olan şəxslər iştirak edəcək: “İclasda yürüşə hazırlıq məsələləri müzakirə ediləcək, tapşırıqlar veriləcək. İclas icra aparatının rəhbərinin sədrliyi ilə keçiriləcək və başqanın da iştirakı gözlənilir”.
Elnarə KƏRİMOVA
İnterpress.az