“Avropa Oyunlarına qarşı çıxanlar ermənidən də pisdir”backend

“Avropa Oyunlarına qarşı çıxanlar ermənidən də pisdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisin iclasında çıxışında Yeni Azərbaycan Partiyasının(YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, bu tip təşkilatlardan biri bu günlərdə korrupsiya ilə mübarizə adı altında Azərbaycanla bağlı şər-böhtan xarakterli hesabat hazırlayıb və yayıb: “Belə təşkilatlar Azərbaycana qarşı hər zaman qara kampaniyalar aparıblar və bu gün də davam etdirirlər. Bu cür təşkilatlar eyni dairələrdən maliyyələşirlər və ermənilərin mövqelərini ifadə edirlər”.

S. Novruzovun sözlərinə görə, ölkə daxilində də bəzi qüvvələr, hətta partiya rəhbərləri ölkədə keçiriləcək Avropa Oyunlarında iştirak etməmək barədə çağırışları edir və həmin xarici qüvvələrə dəstək verirlər: “Bunlar hamısı bir yerdən, erməni lobbi mərkəzlərindən maliyyələşirlər. Təklif edirəm ki, Milli Məclis bu məsələ ilə bağlı xüsusi müzakirələr aparsın”.

Sədr Oqtay Əsədovun təklifə reaksiyası belə olub: “Bunlara artıq qiymət verilib. Ermənilər idman oyunlarında iştirak edəcəklər, bu insanlar isə oyunlara qarşı çıxır. Pis çıxmasın, bunlar Azərbaycana qarşı ermənidən də pisdirlər. Bunun nəyini müzakirə edəsən? Ehtiyac varmı buna? Millət üçün hər şey artıq bəllidir”.

İnterpress.az