Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.
Səfir bildirib ki, Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı açıqlama verib və həqiqət həmin açıqlamada əks olunub: “İşğalı davam etdirən Ermənistanın diqqəti cəlb etmək ümidi ilə bu kimi açıqlamalarla çıxış etməsini taktiki addım hesab etmək lazımdır. Əsas məsələni unutmayaq. Ermənilər əsas məsələyə baxsınlar. Azərbaycanın 20 faiz torpaqları niyə görə hələ də işğalda saxlayırlar? Əvvəlcə bu suala cavab versinlər\”.
Qeyd edək ki, qondarma-separatçı rejimin “müdafiə naziri” Movses Akopyan Ermənistan mətbuatına müsahibəsində türk hərbi qulluqçuların Azərbaycan tərəfində vuruşduğunu və Azərbaycanın “erməni soyqırımının 100 illiyi” ilə əlaqədar cəbhədə vəziyyəti tez-tez gərginləşdirmək barədə Türkiyənin göstərişini yerinə yetirdiyini bildirib. Bununla bağlı açıqlama verən Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin maddi, mənəvi və texniki cəhətdən hərtərəfli təmin olunduğu cavabını verib. Müdafiə Nazirliyi rəsmi olaraq bildirib ki, düşmənə qarşı döyüş əməliyyatlarında yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik, eləcə də ən müasir silah və texnika ilə təmin edilmiş Azərbaycan hərbi qulluqçuları iştirak edirlər.
İnterpress.az