Bakıya daha 500 “London taksisi” gətirildibackend

Bakıya daha 500 “London taksisi” gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Modern.az-a Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov məlumat verib.

O qeyd edib ki, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair tədbirlər planı”na uyğun olaraq paytaxta daha 500 ədəd yeni “London taksisi\” gətirilib: “Hazırda taksilər müəyyən prosedurdan keçir və Avropa Oyunları zamanı sərnişinlərin xidmətində olacaq”.

İstismar müddəti başa çatan köhnə avtobuslara gəlincə, nazirlik rəsmisi bildirib ki, ümumiyyətlə, qaydalara görə, avtobusun istismar müddəti başa çatmayıbsa, ehtiyac yaranan ərazilərdə xəttə buraxılır:

“Nisbətən köhnə avtobuslar istər şəhərətrafı, istərsə də bölgələrdə istismara verilir. Əgər avtobusun istismar müddəti başa çatıb və sərnişin daşımağa yarasızdırsa, utilizasiyaya (təkrar emal) göndərilir. Utilizasiya prosesi avtobusa ekspert rəyi verildikdən və Dövlət Yol Polisinin qeydiyyatından çıxarıldıqdan sonra baş verir. Bizdə belə avtobuslar yox dərəcəsindədir. Çox nadir hallarda tam yararsız avtobuslar olur, bunlar da qəza zamanı deformasiyaya uğrayanlardır”.

N.Həsənov sərnişindaşımada nağd ödənişin ləğvi və kart sisteminin tətbiqinin gecikməsi ilə bağlı bunları deyib:

“Vaxt məsələsində ləngimə ola bilər. Düzdür, mart ayının 1-nə qədər nağd ödəniş sisteminin tamamilə ləğv ediləcəyini bildirmişdik. Amma bununla bağlı işlər yekunlaşmayıb və hazırda proses davam edir”.

Namiq Həsənov onu da bildirib ki, “Bakı-2015: Avropa Oyunları” ərəfəsində Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq:

“Nəqliyyatla, yol təhlükəsizliyilə, ictimai nəqliyyatdan istifadə ilə bağlı müəyyən mesajlar çatdırcağıq. Yarış obyektlərində və onları əhatə edən yollarda “Parkinq yoxdur” qaydası tətbiq olunacaq. Eyni zamanda yarış günü biletləri yoxlanılmaqla tamaşaçılar öz avtomobillərini “Park et və get” dayanacaqlarına həvalə edəcəklər. Həmçinin sərnişin avtobusları 20 saatlıq iş rejimində çalışacaq”.

İnterpress.az